Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serbiya Baş nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilib - FOTO

Serbiya Baş nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilib - FOTO

Tarix: 11 Avqust 2020 12:03

11:57

Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç 2020-ci il 10-12 avqust tarixində Azərbaycan Respublikasına səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər zamanı, 11 avqust tarixində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul edib.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarımızın müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

---------
11:15

Ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçlə görüş keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak edirlər.

Milli.Az


Etiketlər:  Serbiya Baş nazirinin müavini Azərbaycan nümayəndələri arasında görüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ