Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Venesuelanın Rabitə və İnformasiya naziri koronavirusa yoluxub

Venesuelanın Rabitə və İnformasiya naziri koronavirusa yoluxub

Tarix: 13 Avqust 2020 08:52

Bakı. Trend:

Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodriges koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Nazir öz "Twitter" səhifəsindən yazıb.

X.Rodriges qeyd edib ki, özünü yaxşı hiss etməyinə baxmayaraq, virusun öhdəsindən gəlmək üçün izolyasiya və lazımi rejimə əməl etməliyəm.

Qeyd edək ki, bundan əvvəl Venesuela Konstitusiya Məclisinin sədri Dyosdado Kabelyo və iqtisadi məsələlər üzrə vitse-prezident və ölkənin neft sənayesi naziri Tarek el-Ayssaminin koronavirusa yoluxduğu bildirilmişdi.


Etiketlər:  Venesuelanın Rabitə İnformasiya naziri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ