Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BNA: Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)

BNA: Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)

Tarix: 13 Avqust 2020 09:48

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün baş vermiş avtobus yanğınında marşrutun içində yalnız sürücü olub.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər 7 radələrində baş verib:

"Bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb".

XXX

08:59

Bakıda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  BNA Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ