Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Geniatech Developer Board IV V3” kompüteri “Wi-Fi 5” standartını dəstəkləyir

“Geniatech Developer Board IV V3” kompüteri “Wi-Fi 5” standartını dəstəkləyir

Tarix: 18 Avqust 2020 08:04

"Geniatech" şirkəti "Əşyalar interneti", robot texnikası və s. sahələrdə müxtəlif layihələr həyata keçirən tərtibatçılar üçün nəzərdə tutulan "Developer Board IV V3" birplatalı kompüterini nümayiş etdirib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, kompüter quraşdırılan qurğular üçün "Qualcomm Snapdragon 410E" prosessoru üzərində qurulub. Çip 1,2 QHs takt tezlikli dörd "ARM Cortex-A53" hesablama nüvəsini və "Adreno 306" qrafik sürətləndiricisini birləşdirir. Həmçinin "OpenGL ES 3.0/2.0/1.1", "OpenCL 1.1e" və "DirectX 9.3" qrafik interfeysləri dəstəklənir.
 
Məlumata görə, platanın ölçüsü 85 × 54 mm təşkil edir. "LPDDR3" operativ yaddaş tutumu 1 və ya 2 giqabayta, "eMMC 5.0" quraşdırılmış yaddaş 8 və ya 16 giqabayta bərabər ola bilər. Əlavə olaraq "microSD" yaddaş kartını quraşdırmaq mümkündür.
 
Kompüter şəbəkəsinə simli qoşulma "Gigabit Ethernet" kontrolleri, simsiz qoşulma isə 2,4/5 giqahers tezlik diapazonlu "Wi-Fi 5" (802.11b/g/n/ac) və "Bluetooth 4.0" adapterləri tərəfindən təmin olunur. Bundan başqa, "GPS" peyk naviqasiya sistemi mövcuddur.
 
Çıxışlar dəstinə təsvirin göstərilməsi üçün "HDMI 1.3" birləşdiricisi, şəbəkə kabeli çıxışı, iki "USB 2.0", bir "Micro-USB" portu daxildir. Bundan əlavə, geniş interfeyslər dəsti, o cümlədən "UART", "SPI", "I2S", "2x I2C", "GPIO" dəstəklənir. 


Etiketlər:  Geniatech Developer Board kompüteri standartını dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ