Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' de Liqti alır - 70 milyon avroya

''Yuventus'' de Liqti alır - 70 milyon avroya

Tarix: 27 Iyun 2019 13:00

"Ayaks"ın futbolçusu Matteys de Liqt "Yuventus"a keçmək üzrədir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu Hollandiya təmsilçisi ilə 19 yaşlı müdafiəçinin transferi ilə bağlı razılığa gəlib. "Yuventus"un de Liqtlə 4 illik müqavilə imzalayacağı bildirilib. O, yeni klubunda ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki,  A seriyası klubunun hollandiyalı oyunçu üçün "Ayaks"a 70 milyon avro təzminat ödəyəcəyi iddia olunur. Turin təmsilçisinin yaxın vaxtlarda bu transferi rəsmən açıqlayacağı gözlənilir.

 


Etiketlər:  Yuventus Liqti alır milyon avroya


RƏYLƏR