Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi ilə mən heç sarı vərəqəyə də layiq deyildik'' - Medel

''Messi ilə mən heç sarı vərəqəyə də layiq deyildik'' -  Medel

Tarix: 7 Iyul 2019 11:48

Çili millisinin yarımümdafiəçisi Qari Medel Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarındakı insidentdən danışıb.

Qol.az xəbər verir ki, o, “gola.com”a açıqlamasında  Amerika kubokunun üçüncü yeri uğrundakı görüşdə  meydandan qovulmalarınının düzgün qərar olmadığını bildirib:

“Messinin fikirləri ilə razıyam. Düşünürəm ki, heç sarı vərəqəyə də layiq deyildik. Bir-birimizi bir az itələdik. Başqa heç nə olmadı. Hakim daha düzgün qərar verə billərdi”.

Xatırladaq ki, Argentinaın qalib gəldiyi oyunun (2:1) 37-ci dəqiqəsində ikili mübarizə zamanı Messi Medeli arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsi ilə onu itələyib və hər iki oyunçu qırmızı vərəqə ilə meydandan qovulub.
 


Etiketlər:  Messi ilə mən heç sarı vərəqəyə layiq deyildik Medel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ