Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 22:24
“Düzdür heyətimizə bir neçə futbolçu cəlb etdik. Onların arasında hücumçular da var. Ancaq yeni gələnlər optimal vəziyyətdə deyillər”.
Qol.az xəbər verir ki, bu sözləri “Partizani”nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Komandasının hələ ki, istədiyi formada olmadığını bildirən italiyalı mütəxəssis “Qarabağ” haqda müsbət fikirlər səslənidirib. O, komandasının gücünə inandığını da əlavə edib:
“Biz “Qarabağ”ı tanıyırıq, çox güclü komandadır. Buna görə ardıcıl 6 ildir çempion olurlar. Onların bütün mövqelərdə səviyyəli oyunçuları var. Biz rəqibə hörmət edirik, ancaq öz potensialımıza da güvənirik. Komandamdan yaxşı nəticə gözləyirəm. Əlbəttə, nəticə meydanda bəlli olacaq. Biz elə oynamalıyıq ki, sanki, bir məhələdən ibarət görüşdür. Ancaq ilk 90 dəqiqəni düşünməliyik. Cavab matçı barədə fikirləşməməliyik”.
Xatırladaq ki, sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq.