Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır'' - Aftandil Hacıyev

''İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır'' - Aftandil Hacıyev

Tarix: 10 Iyul 2019 19:16

"Bütün klublarımıza, o cümlədən öz komandamıza avrokuboklarda uğurlar arzulayıram. İnanırıq ki, debüt mövsümümüzdə layiqli şəkildə mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq".

Qol.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın "Universitatya Krayova" klubuna qarşı keçirəcəkləri ilk matç haqqında danışarkən söyləyib.

38 yaşlı mütəxəssis "ASCO Arena"dakı  mətbuat konfransında rəqibin güclü olduğunu bildirib: "Rəqib haqqında müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm. Amma təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildir bu klubdadır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək presinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil".

Hacıyev deyib ki, avrokubokda debüt etmək onların üzərinə təzyiq yox, məsuliyyət qoyur: "Səbail" 3 ildir yaranıb və avrokuboka düşməyin özü klub üçün uğurdur. Mövsüm başlamazdan öncə rəhbərliklə danışdıq. Strategiyamızı legionerləri azaldıb yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır. Bundan sonra səfər matçı haqqında düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var. Ən böyük problemimiz qapıdır. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidir. Daniel Bojinovski və ya Elxan Əhmədova şans verəcəyik".

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq (Report).

 


Etiketlər:  İstədiyimiz nəticə azından məğlub olmamaqdır Aftandil Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ