Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 20:20
"Los Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirdikdən sonra "Ayaks"da işləyə bilər.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 37 yaşlı hücumçunun özü məlumat verib: "Adətən mən oynadığım klublara qayıtmıram. Amma karyeramı bitirdikdən sonra "Ayaks"ın direktoru ola bilərəm. Mən hələ də "Ayaks"ı öz klubum kimi hiss edirəm. Xüsusilə, onların Avropadakı çıxışlarını gördükdən sonra bu klubla daha çox fəxr etdim. "Ayaks"ın Çempionlar Liqasında yarımfinala kimi yüksəlməsini heç kim gözləmirdi. Onlar komandanı keyfiyyətli futbolçularla təmin etməyə davam edirlər".
Qeyd edək ki, İbrahimoviç 2001-2004-cü illərdə Hollandiya təmsilçisində oynayıb.