Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Volkswagen-dən Project Trinity açıqlaması: YENİ ELEKTROMOBİL GƏLİR

Volkswagen-dən Project Trinity açıqlaması: YENİ ELEKTROMOBİL GƏLİR

Tarix: 26 Yanvar 2021 20:48

Volkswagen-in elektrikli avtomobillər seriyasının flaqman modeli olacaq Project Trinity haqqında yeni açıqlama yayılıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkətin baş icraçı direktoru tərəfindən edilən paylaşımda yeni avtomobilin 3 fərqli vacib elementə sahib olacağı ifadə edilib. Bunlar yeni vasitə arxitekturası, avtonom sürücülük və avtomobil istehsalına yeni yanaşma olacaq.

Açıqlamaya görə, Project Trinity tamamilə yeni elektrikli nəqliyyat vasitəsi platformasına və 2-ci səviyyə avtonom sürücülük xüsusiyyətinə sahib olacaq.

Project Trinity Volkswagen adı altında satışa təqdim ediləcək. Lakin bu modelin Landjet kodlu seriyasının məhsulu olacağı və eyni platformanın Audi, Porsche və Bentley markalarında istifadə ediləcəyi deyilir.


Etiketlər:  Volkswagen dən Project Trinity açıqlaması YENİ ELEKTROMOBİL GƏLİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ