Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 23:04
"Hesab yenə 3:2 olsa da, mən belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".
Bu sözləri "Universitatya"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 46 yaşlı mütəxəssis yerli azarkeşlərin narazılığından və komandaya dəstəyindən söz açıb:
"Çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək".
Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb: "O, çox yaxşı oyunçudur, texnikalıdır. Ona çox yaxşı karyera və bol qollar arzulayıram". (Report)