Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' müdafiədə çox əla oynadı'' - ''Arsenal''ın baş məşqçisi

''Neftçi'' müdafiədə çox əla oynadı'' - ''Arsenal''ın baş məşqçisi

Tarix: 26 Iyul 2019 00:16

"Çox şey alınmadı. Rəqibin ilk dəqiqələrdən tətbiq etdiyi pressinqdən çıxa bilmədik".

Bu sözləri Rusiya "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları  Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, hələ mərhələ keçmək şanslarını saxlayıblar: "Neftçi" müdafiədə çox əla oynadı. Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq. "Neftçi" hər il avrokuboka gedən komandadır, təcrübələri çoxdur. İlk 5 dəqiqədə öz meydanımızdan çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq etdi. Buna hazırlaşmışdıq, amma alınmadı. Hamımız birgə məğlub olduq. Məğlubiyyəti futbolçuların və ya məşqçinin ayağına yazmayaq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda olacaq (Report).

 


Etiketlər:  Neftçi müdafiədə çox əla oynadı Arsenalın baş məşqçisi


RƏYLƏR