Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları

Tarix: 22 Aprel 2021 22:10

Sabah Ramazan ayının onuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 23-də imsak vaxtı saat 04:14-də, iftar vaxtı isə 19:42-dədir. 

Aprelin 23-ü üçün namaz vaxtları

Sübh azanı 04:24
Zöhr azanı 12:39
Əsr azanı 17:28
Məğrib azanı 19:42
İşa azanı 20:49

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi: "İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

İftar duası:

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!"

Tərcüməsi: "İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!"

Allah orucunuzu qəbul etsin!

Milli.Az


Etiketlər:  Ramazan ayının onuncu gününün imsak iftar namaz vaxtları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ