Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' güclü komandadır'' - ''Arsenal''ın baş məşqçisi

''Neftçi'' güclü komandadır'' - ''Arsenal''ın baş məşqçisi

Tarix: 1 Avqust 2019 10:40

Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Cavab oyununa tam hazır vəziyyətdə gəlmişik. Bütün oyunçuların problemi yoxdur. Mübarizə aparmağa hazırdırlar.

- Bakıda hava çox istidir. Bu hava oyununuza təsir edəcəkmi?

- Düşünürəm ki, temperatur həmişə oyunun tempinə təsir göstərir. Ancaq istini bəhanə etmək fikrində deyilik. Komanda eyni şəraitdə oynayacaqlar.

- Komandanın bu duruma öyrəşməsi üçün daha tez gəlməsi mümkündümü?

- Bunun üçün hər hansı səbəb görmürəm.

- "Arsenal" avrokuboklarda debütantdır. "Neftçi" səddini keçə bilməsəz, bu, klub üçün böyük zərbə olacaq?

-  Faciə olmayacaq. Futbolda həmişə bir qalib olur. Ancaq ardıcıl iki ev oyununda uduzmaq xoşagəlməz haldır. Amma  bunlar artıq yaşanıb. Ancaq yaxşı bir ingilis məşqçisinin dediyi kimi: hər məğlubiyyəti faciəyə çevirsəniz, mənə bir il kifayət edər.

- "Neftçi"yə Tulada uduzmağınızın səbəbi nə oldu?

- Biz "Neftçi"ni yaxşı təhlil etmişdiq. Amma onlar yüksək təzyiq tətbiq etdilər. Bu, uzun müddət davam etdi. "Neftçi", demək olar ki, bütün oyunboyu pressinq etdi. Bu da əsas problemlərdən biri idi. Üstəlik, rəqib müdafiədə çox yaxşı çıxış etdi. "Neftçi" güclü komandadır. Ancaq biz növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacağıq.

- Rusiyada çempionat davam edirsə, Azərbaycanda hələ başlamayıb. Bunun sizə nə kimi üstünlüyü var?

- Burda iki cür düşünmək olar. Bəli, biz daha çox oyun təcrübəsinə malikik. Amma "Neftçi" də daha çox hazırlaşa və təhlil edə bilir.


 

 


Etiketlər:  Neftçi güclü komandadır Arsenalın baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ