Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 12:40
HƏMAS-ın "İzəddin əl-Qəssam" briqadası İsraildə yerləşən kimya zavoduna zərbə endirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, Nir-Oz rayonunda yerləşən zavoda PUA vasitəsilə hücum edilib.
Bununla yanaşı, İsrail ordusundan bildirilib ki, bu gün "Dəmir qübbə" sistemi tərəfindən Qəzza zolağından uçan PUA ələ keçirilib.