Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bədii gimnastika üzrə Dünya kubokunu Azərbaycanın hər guşəsindən izləməyə gələnlər (FOTO)

Bakıda bədii gimnastika üzrə Dünya kubokunu Azərbaycanın hər guşəsindən izləməyə gələnlər (FOTO)

Tarix: 27 Aprel 2019 16:04

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarını izləyənlər arasında Azərbaycanın müxtəlif bölgələrindən tamaşaçılar da görmək mümkündür. Bu, bir daha bu idman növünə olan böyük marağı ifadə edir.

Qeyd edək ki, 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Trend Azərbaycanın müxtəlif bölgələrindən Bakıya yarışları izləməyə gələnlərin fotolarını təqdim edir:

FOTO - Zaur Mustafayev


Etiketlər:  Bakıda bədii gimnastika üzrə Dünya kubokunu Azərbaycanın hər guşəsindən izləməyə gələnlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ