Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəyyumluğu dövründə atası nə qədər pulunu mənimsəyib?

Qəyyumluğu dövründə atası nə qədər pulunu mənimsəyib?

Tarix: 6 Iyul 2021 17:40

ABŞ-ın pop ulduzu Britney Spirsin atası Ceymi Spirsin 10 ildən çoxdur davam edən qəyyumluğu dövründə böyük miqdarda gəlir əldə etdiyi ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "İdependent"in məlumatına görə, Britney 2008-ci ildən bəri həm özü, həm də qəyyumları üçün qanuni tələblər səbəbiylə yüz minlərlə dollar ödəməli olub.

"Forbes" nəşrinin xəbərinə görə, Ceymi Spirsə 2008-ci ilin fevralından bəri vergilər xaricində ən azı 5 milyon dollar ödəyib. Onun qəyyum olaraq təyin edilməsindən bir il sonra qızı ona aylıq 16.000 dollar ödəyib ki, bu da 12 il ərzində 2,4 milyon dollar edir.

"New York Times" isə Ceymi Spirsin qızının qatıldığı turlardan əldə etdiyi gəlirlərin bir qismini aldığına da diqqət çəkib. Müğənninin istəmədiyi və xəstə olduğu halda işləməyə məcbur edildiyi iddia olunub.

Ceymi Spirsə verilən böyük ödənişlər arasında Britneyin 2013 və 2017-ci illər arasında Las-Veqasdakı konsertlərindən əldə edilən gəlirin 1,5 %-də daxildir.

"Caesars Entertainment"ə görə sözügedən şoulardan 137,7 milyon dollar qazanılıb. Bu da amerikalı ulduzun atasına 2,1 milyon dollar pay düşdüyü deməkdir.

Bununla kifayətlənməyən atanın 2011-ci ildə qızının "Femme Fatale" turundan təxminən 100-də 3 komissiya aldığı bildirilir.

Eyni zamanda Britney atasının ofis kirayəsi üçün aylıq 2000 dollar ödəyir. Qəyyumluq razılaşmasına əsasən, nəzarətdə olan şəxslərdən həm özlərinin, həm də qəyyumlarının vəkillərinin haqqını ödəmələri tələb olunur. Bu da vəkil xərclərinin də müğənniyə aid olduğunu göstərir.

Bununla birlikdə, Ceymi Spirsin vəkilinin 2018-ci ildə təqdim etdiyi sənədə görə, müğənninin varidatı qəyyumluq başlayanda (2008-ci ildə) demək olar ki, tükənmək üzrə idi və qəyyumların rəhbərliyi sayəsində sözügedən sərvət 20 milyon dollar artırılıb.

Qeyd edək ki, Spirs bu yaxınlarda qəyyumluğun götürülməsi tələbi ilə məhkəməyə müraciət edib, atasının və qəyyumluqdakı digər şəxslərinin həbs olunmasını tələb etmişdi. Müğənninin səs-küylü ifadəsinə baxmayaraq, məhkəmə qəyyumluğunu davam etdirməyə qərar verib.


Etiketlər:  Qəyyumluğu dövründə atası qədər pulunu mənimsəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ