Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada qatar reysi təxirə salındı - Sərxoş maşinistlərə görə

İtaliyada qatar reysi təxirə salındı - Sərxoş maşinistlərə görə

Tarix: 29 Aprel 2019 14:28

Bakı. Trend:

İtaliyada dəmir yolu reysi təxirə salınıb.

Trend-in məlumatına görə, bu, maşinistlərin hamısının sərxoş olması səbəbindən baş verib.

Belə ki, Breşiya-Neapol marşrutu üzrə hərəkət edən sürət qatarının bələdçisi maşinistlərin sərxoş olduğunu görüb. Bundan sonra "Trenitalia" dəmir yolu şirkəti və dəmir yolu polisinə zəng vuraraq bu haqda xəbər edib.

Hadisə yerindəcə araşdırıldıqdan sonra şirkət qatarın hərəkətini təxirə salıb.

Sərnişinlər başqa qatarla mənzil başına yola salınıblar.


Etiketlər:  İtaliyada qatar reysi təxirə salındı Sərxoş maşinistlərə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ