Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 13:00
Müğənni Nazənin Salayevanın açıqlaması diqqət çəkib.
Sonxeber.net "sherg.az"a istinadən xəbər verir ki, "Tam Vaxtıdır" verilişində qonaq olan müğənni deyib ki, normal insan heç kimin bostanına daş atmaz, başı öz xoşbəxtliyinə qarışar:
"Hərdən fikirləşirəm, buna necə vaxt tapırlar? Mənim başım ayılmır. Yeməyi bişirirəm, uşaqlar gələndə yola salıram. Axşam üçün nə bişirəcəyimi düşünürəm. Normal adam kiminsə həyatına burnunu soxmaz. Hər sahədə anormal, ruhi xəstələr var".