Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur - Nazirlik

Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur - Nazirlik

Tarix: 16 Sentyabr 2019 16:48

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.


Etiketlər:  Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur Nazirlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ