Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 22:52
“Sabah”ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"la oyundan (0:2) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- Ruslan Abışovla Cavid İmamverdiyev niyə oynamırdı?
- Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.
- Coşqun Diniyev sanki əvəzlənməsindən narazı idi...
- Özü istəmişdi.
- Məğlubiyyətin səbəbi nə idi?
- Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilər. Nə bacardılarsa, onu etdilər.
- “Qarabağ” dövrə ərzində cəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindir?
- Səbəb şanssızlıqdır. Bizim imkanlarımız oldu, yararlana bilmədik.
- Komanda sonuncudur. Buna görə də futbolçulara təşəkkür edirsiniz?
- Yox. Bugünkü oyuna görə təşəkkür etdim.
- Sonuncu olmağınızda səbəb nədir?
- Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.
- Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
- Bu, rəhbərliyə aid məsələdir.