Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 19:54
Yeniyetmə ABŞ-dakı oteldə müəmmalı şəraitdə dünyasını dəyişib və bir həftə orada xəstə anasının yanında qalıb.
Sonxeber.net bildirir ki, təfərrüatlar "New York Post" tərəfindən dərc edilib.
Tabloidin məlumatına görə, hadisə Cənubi Karolina ştatının Qrinvil şəhərində baş verib. On dörd yaşlı Lendon Çens Poston noyabrın 21-də "InTown Suites" otelində tapılıb - oğlan otaqda yerdə olub.
Rayon koroner idarəsi aydınlaşdırıb ki, yeniyetmə ad günündə ölü tapılıb - onun 15 yaşı olmalı idi. Lisey şagirdinin bədənində heç bir fiziki xəsarət izləri aşkar edilməyib.
Müstəntiqlərin fikrincə, Poston yeddi gündən çox otaqda olub. Yanında qəribə səslər çıxaran, ağlını itirmiş anası olub. Qadın müalicə olunmaq üçün reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda baş verənlərin qalan təfərrüatları araşdırılır.
İrfan Vəliyev