Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum” – Perulu futbolçu

“Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum” –  Perulu futbolçu

Tarix: 8 Oktyabr 2019 20:00

"Zirə"nin perulu futbolçusu Alvaro Ampuero Azərbaycan Premyer Liqası haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlama verən 27 yaşlı müdafiəçi Azərbaycan çempionatının yüksək səviyyədə olduğunu deyib:

"Təəccübləndim. Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum. Çox yaxşı avropalı oyunçular var. Bu ölkənin komandaları Çempionlar Liqası və Avropa Liqasında çıxış edir. Mövsüm öncəsi Türkiyə klubları ilə oynayırıq. Bura tramplin rolunu oynaya bilər. Növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanmaq şansımız var. Ən güclü komanda "Qarabağ"dır və digər kollektivlər eyni səviyyədədir ".

A. Ampuero iki ay ərzində Bakıda olduğunu və Azərbaycana öyrəşdiyini sözlərinə əlavə edib: "Dil məsələsi çox mürəkkəbdir. Düşünürəm ki, heç vaxt öyrənməyəcəyəm. Xoşbəxtlikdən klubda bizə çox kömək edən tərcüməçimiz var. Bu dildə bəzi sözləri bilirəm. Ən çox yayılanları, alış-verişə gedəndə sizi xilas edə biləcək şeyləri. Rus dilinə bənzəyir, çox çətindir. İngilis dilində bildiklərimlə gündəlik öhdəsindən gəlməyə çalışıram. Bundan əlavə yemək də fərqlidir. Buna baxmayaraq, dostumla hazırlaya biləcəyim bəzi şeylər var. Ünsiyyət barədə isə heç bir problemimiz yoxdur".

Qeyd edək ki, Alvaro Ampuero bu ilin avqust ayında "Zirə"yə keçib. O, ölkəsinin "Universidad San Martin" klubundan 1 illik icarəyə götürülüb.

 


Etiketlər:  Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum Perulu futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ