Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 19:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində verilən həbs qərarına münasibət bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ərdoğan açıqlamasında ortalıqda nə fikir, nə də xidmət davası olduğunu bildirib.
"Bunun nə bizə, nə mənə, nə də türk millətinə aidiyyəti var. Söhbət hakimləri təhqir etdiyi iddia olunan şəxsin aldığı cəzadan gedir. Bir tərəfdən gülürük, digər tərəfdən kədərlənirik. Yalan-yanlış bir çox ifadənin ciddi qəbul olunmasına gülürük. Kimlərinsə bizim üzərimizdən Bizans tərzində taxt oyunu oynadığını görəndə isə kədərlənirik. Məsələ ilə bağlı məhkəmənin səhvi varsa, orada düzələcək. Bizdən eyni oyun üçün istifadə etməyə çalışırlar. Biz bu oyunda iştirak etməmişik, etməyəcəyik də", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu haqda 2 il 7 ay 15 gün həbs cəzası verilib. O, Türkiyə Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməkdə ittiham olunub. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.