Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın sülh sazişindən yayınması regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA

Ermənistanın sülh sazişindən yayınması regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA

Tarix: 17 Aprel 2023 10:20

Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatması bu ölkə hakimiyyətinin regionda başqa maraqlarının olduğunu göstərir.

Milli.Az bildirir ki, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

Administrasiyadan o da bildirilib ki, Azərbaycanın maraqları regionda sülh və stabilliyə xidmət edir.

"Rəsmi Bakı, regionun inkişaf etməsində maraqlıdır və bu 44 günlük Vətən müharibəsindən sonra, Azərbacanın bölgədə apardığı quruculuq işlərindən açıq şəkildə görünməkdədir", - deyə Türkiyə PA-dan bildiriblər.

PA-dan o da qeyd olunub ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalamalıdır.

Qeyd olunub ki, hər zaman olduğu kimi Türkiyə indi də bütün məsələlərdə Azərbaycanın yanındadır və Ankara-Bakı qardaşlığı sarsılmazdır.

Milli.Az


Etiketlər:  Ermənistanın sülh sazişindən yayınması regionda başqa maraqlarının olduğunu göstərir Türkiyə PA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ