Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 14:30
Sonuncu deportasiya zamanı Ermənistan ərazisində soydaşlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı əlimizdə konkret sənədlər və şahid ifadələri var.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə zamanı deyib. Onun sözlərinə görə, deportasiyalar zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard dollar həcmində maddi ziyan vurulub.
İcma sədri bütün bunlarla bağlı Baş Prokurorluq səviyyəsində iş aparıldığını qeyd edib. Baş Prokurorun müavini Elmar Camalov isə Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətlərinin davam etdirildiyini deyib.
Elmar Camalov bildirib ki, bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilib, arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: