Tarix: 6 May 2019 11:44
"Meydanın kənarında idim və düşünürdüm ki, penalti olsa, gedib vuracağam. Belə də alındı".
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamız və "Erzgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib. İkinci bundesliqanın son turunun "Reqensburq"la oyununun (3:1) 60-cı dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi cəmi 1 dəqiqə sonra penaltidən vurduğu qolla komandasını hesabda önə (2:1) çıxarıb. Nazarov həmin epizodu bu cür şərh edib:
"Açığı, əvvəl məndə belə şey olmayıb ki, əvəzetmədən meydana daxil olum və topa ilk toxunuşdaca penaltini qola çevirim. Bu, əsl dəlilik idi. Topu hara vuracağımı bilirdimmi? Hə, topa doğru gedərkən zərbəni özümdən sola vuracağıma qərar vermişdim. Qapıçı istiqaməti düz tapmışdı, onu dəf etməyə yaxın idi. Amma əsas odur ki, top tora daxil oldu. Buna görə xoşbəxtəm".