Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 14:06
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Komitədən məlumat verilib.
"Təcili tibbi yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb", - məlumatda deyilir. Qeyd olunub ki, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib.
Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq bilgi verməyib.
Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.