Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur azərbaycanlı futbolçu sürücülüyə BAŞLADI - FOTO

Məşhur azərbaycanlı futbolçu sürücülüyə BAŞLADI - FOTO

Tarix: 23 Fevral 2024 09:44

Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev "futbolun daşını atıb".

Milli.Az sportinfo-ya istinadla xəbər verir ki, bzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinmiş veteran indi sürücü işləyir.

"Sprinter" sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.

O, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli "Xəzər"lə yanaşı, "Qarabağ", "MKT-Araz" və "Bakı"ın formasını geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib.

Son iş yeri "Sumqayıt" olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.

Milli.Az


Etiketlər:  Məşhur azərbaycanlı futbolçu sürücülüyə BAŞLADI FOTO


RƏYLƏR