Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir həftə əvvəlki nəticəni düşünmək yanlış olar'' - Valverde

''Bir həftə əvvəlki nəticəni düşünmək yanlış olar'' - Valverde

Tarix: 6 May 2019 22:56

"İlk oyunda baş verənlərə baxmayaraq, sabah burada nəyin necə olacağı haqda düşünməliyik. Bir həftə əvvəlki nəticəni fikirləşmək yanlış olar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis matça ciddi yanaşmalı olduqlarını söyləyib:

"Barselona" bu görüşə final kimi baxmalıdır. Çətin olacaq, çünki fanatların onların tərəfində olduğunu bilirik. Oyuna nəzarət etmək hər zaman önəmlidir. Ancaq hərdən rəqib sizə narahatlıq yarada bilər. "Liverpul"un sürətli oyunçuları var. Boşluq buraxmamalıyıq".

Valverde "Liverpul"un heyətində Məhəmməd Salah və Roberto Firminonun oynamamasına da münasibət bildirib: "Bütün gücümüzü ortaya qoymalıyıq. Belə oyunlarda zədələrlə məşğul olmaq istəmirik. Əlbəttə, həm Salah, həm də Firmino vacib oyunçulardır. Hər bir məşqçi aparıcı futbolçuların olmamasına görə narahat olur. Bu amil hər zaman vacibdir".

"Barselona"nın çalışdırıcısı sabahkı qarşılaşmada "Liverpul"un qələbə qazanmasını da istisna etməyib: "Qalib gələ bilərlər. Bu mövsüm Premyer Liqada səfərdə cəmi 1 oyunda uduzublar. Düşünürəm ki, meydanda rahat olmayacağıq. "Barselona" - PSJ oyununda hamı fikirləşirdi ki, parislilər səfər qolu sayəsində mərhələni keçəcək. Amma "Barselona" həmin matçda 6 qol vurdu. Bax, buna görə ilk dəqiqələrdən oynamaq lazımdır".

Qeyd edək ki, "Liverpul" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 


Etiketlər:  həftə əvvəlki nəticəni düşünmək yanlış olar Valverde


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ