Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi qüvvələr hakimiyyəti dəyişməyə cəhd etdi - Liluaşvili

Bəzi qüvvələr hakimiyyəti dəyişməyə cəhd etdi - Liluaşvili

Tarix: 12 Iyun 2024 22:28

Keçən il həm Gürcüstan daxilində, həm də xaricindəki müəyyən qüvvələr bir neçə dəfə ölkədə hakimiyyətin zorakı yolla devrilməsi üçün zəmin hazırlamağa çalışıblar.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili iyunun 12-də parlamentdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə dəfələrlə müxtəlif aktorlar tərəfindən siyasi vəziyyəti gərginləşdirmək və hakimiyyəti zorla devirmək üçün zəmin hazırlamaq cəhdləri qeydə alınıb. Zəruri qabaqlayıcı tədbirlər nəticəsində dağıdıcı proseslərin inkişafının qarşısı alınıb.

Q.Liluaşvili onu da bildirib ki, Gürcüstanda xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri milli azlıqlar arasında mövqelərini gücləndirmək, o cümlədən milli və dini zəmində münaqişələrin qızışdırılması da daxil olmaqla, onlardan mövcud hakimiyyətə qarşı istifadə etmək olub.


Etiketlər:  Bəzi qüvvələr hakimiyyəti dəyişməyə cəhd etdi Liluaşvili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ