Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 22:02
Rusiyanın ən varlı qadını, "Wildberries"in qurucusu Tatyana Bakalçuk ev və yaxtalar, markalı geyimlər almağa və yeddi milyard dollarlıq sərvətinə baxmayaraq, "ekonom klass"da uçmağa üstünlük verir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onun bu addımı izləyicilər tərəfindən qəribə qarşılanıb.
"Forbes"ə verdiyi müsahibədə Bakalçuk belə təvazökar həyat tərzinə görə gülüş obyektinə çevrildiyini bildirib.
"İnsanlar mənə gülürlər. "Sən "ekonom klass"da uçursan?". Bəli, uçuram. Nə olsun? İş üçün bir yerə dəfələrlə gedirəm. Mən divanda yatmaqdan danışmıram. Bu ölkə dəyişməkdir. Mümkün olan zamanlar onsuzda "ekonom"la səyahət etmirəm", - o qeyd edib.
Sonuncu dəfə milyarder qadın həftədə beş uçuş etməli olub. Bu da onun sağlamlığına zərər verib.
Bakalçukun məqsədi "Wildberries"i qlobal brendə çevirməkdir.
"Şirkət haqqında danışsaq, tarixdə iz buraxmaq istəyirik. Hamı "Ford", "Toyota", "Amazon"u tanıyır. İstəyirəm ki, "Wildberries" də dünya tarixinə yazılsın. Mən də bəziləri kimi insanların həyatını yaxşılaşdırmaq istəyirəm. İndi gözəl sözlərdən danışmıram. Yəni ətrafımdakı dünyanı daha yaxşı hala salmağım mənə cəsarət verir. Bilmirəm, iddialı səslənir, ya yox, amma mən belə hiss edirəm".