Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampa sui-qəsd cəhdinin şəkilləri olan paltarlar satışa çıxarıd;

Trampa sui-qəsd cəhdinin şəkilləri olan paltarlar satışa çıxarıd;

Tarix: 14 Iyul 2024 17:10

Çinin "ticarət platforması Pensilvaniyada sui-qəsddən dərhal sonra ABŞ-nin keçmiş prezidenti (2017-2021) Donald Trampın təsvirləri olan paltarların satışına başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Üç saat ərzində Çin və ABŞ-dən 2 mindən çox sifariş alınıb.

Trampın şəkli olan köynəyin endirimsiz qiyməti 43 yuan (5,93 dollar), endirimlə isə 39 yuan (5,38 dollar) təşkil edir.

Arizona ştatındakı "Fox" şəbəkəsi də ABŞ vətəndaşlarının Trampın sui-qəsd cəhdindən qazanc əldə etməyə çalışdığını bildirib.

WDBJ7 telekanalının məlumatına görə, Virciniya ştatında onlarla vətəndaş artıq Trampın siyasi fəaliyyəti ilə bağlı müxtəlif əşyaların satışı ilə tanınan yerli "The Trump Town" mağazasına üz tutub.

Milli.Az


Etiketlər:  Trampa qəsd cəhdinin şəkilləri olan paltarlar satışa çıxarıd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ