Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərə getmək üçün fermadan qaçan 16 yaşlı qız tapıldı

Ərə getmək üçün fermadan qaçan 16 yaşlı qız tapıldı

Tarix: 26 Iyul 2024 13:36

Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə ailə qurmaq məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir.

Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə ailə qurmaq məqsədi ilə onunla qaçmışdı.

Milli.Az


Etiketlər:  Ərə getmək üçün fermadan qaçan 16 yaşlı qız tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ