Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelina ilə Bredin oğlu reanimasiyadan çıxarıldı - FOTO

Ancelina ilə Bredin oğlu reanimasiyadan çıxarıldı - FOTO

Tarix: 5 Avqust 2024 19:46

Hollivudun keçmiş cütlüyü Ancelina Coli ilə Bred Pittin 20 yaşlı oğlu Paks reanimasiyadan çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, qəza keçirən Paks baş ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilmişdi.

"TMZ"nin yaydığı məlumata görə, o xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti yaxşılaşıb və reanimasiyadan çıxarılıb.

"People"a danışan mənbələrdən biri "Pax, intensiv nəzarətdən çıxdı. O, ağır travma keçirib, uzun sağalma müddətinə və fiziki müalicəyə ehtiyac var. " - deyə açıqlama verib. Anası Ancelina Coli və və qardaşları Paksı bu çətin günlərində tək qoymayıblar. 

Xatırladaq ki, Paksın elektrikli velosipedi ilə avtomobilin arxasına çırpıldığı qeyd edilmişdi. Hadisə Los Ancelesdə yaşanıb. 

Onun velosipedi idarə edərkən kaska taxmadığı bildirilib.

Milli.Az


Etiketlər:  Ancelina ilə Bredin oğlu reanimasiyadan çıxarıldı FOTO


RƏYLƏR