Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Falçılara kimlər gedir?

Falçılara kimlər gedir?

Tarix: 12 Fevral 2025 21:16

Bu gün elm və texnologiyanın inkişafına baxmayaraq, sehr müasir dünyada mövcud olmaqda davam edir. 

Bəzi insanlar hələ də fal, cadu, rituallara inanır, bu işlə məşğul olanların qapısında yatır, var-dövlətini xərcləyir.

Sosioloq Fatimə Hacıbəyli  deyib ki, bu gün insanların  falçılara üz tutmasında cəmiyyətin günahı var:

"İnsanlar işsizlikdən və cəmiyyətin sosial-psixoloji təzyiqlərinə məruz qaldıqda özlərinə təsəlli vermək üçün bir çıxış yolu axtarırlar. Bununla da bir qədər real proseslərdən uzaqlaşaraq bu tip qeyri-real olan məsələlərə istiqamətlənirlər. Çünki , hamı o gənclərə dəstək olmaq əvəzinə onları qınayır. Yazılmamış qanun var ki, 25 yaşa çatmadan xanım ailə həyatı qurmalıdır. Əks halda, o, qınaq obyektinə çevrilir. Amma yaxşı olar ki, falçıya getməyi qınayaq, nəinki digər məsələləri".\\hit.az


Etiketlər:  Falçılara kimlər gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ