Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvineya-Bisau Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Qvineya-Bisau Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Tarix: 27 Fevral 2025 17:42

Ölkəmizdə rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonxeber.net xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.


Etiketlər:  Qvineya Bisau Prezidenti Öndər Heydər Əliyevin xatirəsini anıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ