Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müştərinin çənəsini sındıran “Yelo Bank”ın filial müdirinin FOTOsu

Müştərinin çənəsini sındıran “Yelo Bank”ın filial müdirinin FOTOsu

Tarix: 13 Mart 2025 21:40

21:38

Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib.

İddialara görə,zərərçəkmiş Təbriz Quliyev adlı şəxsdir. Davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub. Təbri Quliyev isə bunu təkzib edib. 

---------
14:21

"Yelo Bank"ın filialında müdir müştərini döyüb.

Sonxeber.net "unikal"a istinadla xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib. 


Etiketlər:  Müştərinin çənəsini sındıran Yelo Bankın filial müdirinin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ