Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 3 rəfiqə itkin düşdü – Polis işə qarışdı

Bakıda 3 rəfiqə itkin düşdü – Polis işə qarışdı

Tarix: 22 Mart 2025 17:54

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqə itkin düşüb.

Sonxeber.net bildirir ki, Teleqraf-ın xəbərinə görə, bu barədə onların valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatır, lakin onlar zənglərə cavab vermirlər.

Sosial şəbək istifadəçiləri yazırlar ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşb. "Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - sosial şəbəkə hesabınlarında belə bir məlumat qeyd olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, itkin düşdüyü iddia olunan qızların valideynləri polisə müraciət edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı evi tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür" - deyə Elbrus İbrahimov bildirib.


Etiketlər:  Bakıda rəfiqə itkin düşdü Polis işə qarışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ