Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA ''Real Madrid''in oyunçuları barəsində istintaqa başladı

UEFA ''Real Madrid''in oyunçuları barəsində istintaqa başladı

Tarix: 28 Mart 2025 00:14

Avropa Futbol İttifaqı Çempionlar Liqasının "Atletiko Madrid"lə cavab oyunundan sonra "Real Madrid" futbolçularına qarşı məhkəmə prosesinin başladığını elan edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, UEFA-nın mənzil-qərargahının yerləşdiyi Nyon şəhərində "Real Madrid"in futbolçuları Antonio Rüdiqer, Kilian Mbappe, Dani Sebalyos və Vinisius Juniorun 2025-ci il martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid"lə cavab oyunu (0:1, pen. 4-2) zamanı əxlaqsız davranışı ilə bağlı iddiaları araşdırmaq üçün etika və nizam-intizam məmuru təyin edilib.

İlk oyunda doğma meydanda 2:1 hesabı ilə qalib gələn "Real" cavab görüşünün əsas vaxtında 0:1 hesabı ilə uduzub. Əlavə vaxt balansı dəyişməyib və "Real" penaltilərdə 4-2 hesabı ilə qalib gəlib.

Vinisius Junior əlavə vaxtda "Atletiko" azarkeşlərinə qarşı ədəbsiz jestlər göstərib, Mbappe, Antonio Rüdiqer, Dani Sebalyos və Cud Bellinqem isə "Real"ın penaltilər seriyasında qələbəsindən sonra nalayiq hərəkətlər ediblər.


Etiketlər:  UEFA Real Madridin oyunçuları barəsində istintaqa başladı


RƏYLƏR