Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO

Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO

Tarix: 1 Iyul 2025 11:26

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, diplomat rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.

R. Mustafayevin diplomatik nümayəndəliyə gəlişinin görüntüləri də yayılıb.

Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) "Sputnik-Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.


Etiketlər:  Azərbaycan səfiri Rusiya XİN getdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ