Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alonso Vinisiusla bağlı qərarını açıqladı

Alonso Vinisiusla bağlı qərarını açıqladı

Tarix: 1 Noyabr 2025 10:46

"Real Madrid"in baş məşqçisi Xabi Alonso Vinisius Juniorla bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında Alonsonun bu açıqlamasını paylaşıb:

"Vinisius Junior cəzalandırılmayacaq. Məsələ artıq bağlanıb. Onun komandadan üzr istəməsi qüsursuz idi."

Xatırladaq ki, "Barselona" ilə keçirilən "El-Klasiko"da (2:1) 72-ci dəqiqədə əvəzlənən braziliyalı futbolçu Alonsonun qərarına əsəbləşərək, tunelə tərəf getmiş və baş məşqçisini tənqid etmişdi.

Hadisədən sonra mətbuatda Vinisius ilə Alonsonun münasibətlərinin gərginləşdiyi və futbolçunun klubdan ayrılmaq istədiyi barədə məlumatlar yayılmışdı.

Lakin Vinisius sosial şəbəkədə paylaşım edərək "Real Madrid" azarkeşlərindən, komanda yoldaşlarından və klub rəhbərliyindən üzr istəyib.

Hüseyn


Etiketlər:  Alonso Vinisiusla bağlı qərarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ