Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tez-tez münasibət yaşamaq xərçəngdən qoruyurmuş

Tez-tez münasibət yaşamaq xərçəngdən qoruyurmuş

Tarix: 2 Noyabr 2025 04:04

Alimlər prostat xərçənginin qarşısını almaq üçün kişilərə lazım olan cinsi aktivlik tezliyini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, ABŞ-nin Boston Universitetinin epidemioloqu və onkoloqu, professor Cennifer Ryder prostat vəzi xərçənginin qarşısını almaq üçün kişilərə tez-tez cinsi əlaqədə olmağı tövsiyyə edib.

Onun fikirləri The Sun nəşrində dərc olunub.

Alimin iştirakı ilə aparılan araşdırmanın nəticələrinə görə, həftədə təxminən beş dəfə cinsi əlaqədə olan kişilərdə prostat xərçəngi riski, ayda dörd-beş dəfə əlaqədə olanlarla müqayisədə təxminən üçdə bir nisbətində daha az olur.

Ryder bildirib ki, bu nəticələr yetkin yaş dövründə daha tez-tez eyakulyasiyanın prostat xərçənginin yaranmasına təsir edən amillərdən biri olduğunu göstərir.

Onkoloq əlavə edib ki, tez-tez əlaqənin xərçəng riskini niyə azaltdığı tam məlum deyil, lakin ən mümkün izah orqanizmdən sperma ilə birlikdə potensial zərərli və xərçəng yaradan maddələrin xaric olması ilə bağlıdır. Əks halda bu maddələr prostat vəzidə toplanaraq xəstəliyin yaranmasına şərait yarada bilər.

İsmayıl


Etiketlər:  münasibət yaşamaq xərçəngdən qoruyurmuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ