Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2025 06:06
Meksikanın "Pumas" klubunun məşhur futbolçusu Aaron Remzi itmiş iti haqqında məlumat verənə 20 min dollar mükafat verəcəyini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, o bu təklifi sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, futbolçunun iti oktyabrın 9-da yoxa çıxıb. Uelsli futbolçunun daha əvvəl itini tapana 10 min dollar mükafat verəcəyi barədə xəbərlər yayılmışdı. Görünür, sevimli heyvanının itməsini qəbul edə bilməyən yarımmüdafiəçi mükafatı artırıb.
34 yaşlı Remzi iyul ayında Uelsin "Kardiff Siti" klubundan "Pumas"a keçib. O, İngiltərənin "Arsenal" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Uels millisinin heyətində 86 oyun keçirib, 21 qol vurub. /Oxu.Az