Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2025 19:10
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin yerinə müvəqqəti təyinat olub.
Sonxeber.net xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, icra başçısının səlahiyyətləri birinci müavin Turan Dibirova həvalə edilib.
Bu barədə artıq rayon icra hakimiyyətinin kollektivi də məlumatlandırılıb.
Qeyd edək ki, Prezidentin Sərəncamı ilə İslam Rzayev vəzifəsindən azad edilib.