Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 08:10
Haluk Bilginər kimdir?
Sonxeber.net xəbər verir ki, Haluk Bilginər 1954-cü il iyunun 5-də İzmirdə dünyaya gəlib.
Uşaqlıq illərində sakit və müşahidəçi təbiəti ilə seçilən Bilginər məktəb illərindən səhnəyə maraq göstərməyə başlayıb. İzmir Atatürk liseyində oxuyarkən məktəb teatrından çıxış edərək ilk dəfə tamaşaçı alqışlarını alıb və bu hiss onun həyat yolunu müəyyənləşdirib.
1971-ci ildə Ankara Dövlət Konservatoriyasının teatr bölməsinə daxil olan Haluk Bilginər burada Türkiyənin tanınmış teatr ustalarından dərs alıb.
1977-ci ildə təhsilini başa vurduqdan sonra Ankara Dövlət Teatrında fəaliyyətə başlayıb və bir sıra tamaşalarda rol alıb.
Elə həmin il İngiltərəyə yollanan Bilginər Londonda yerləşən məşhur London Academy of Music and Dramatic Art akademiyasında təhsil alıb. Bu illər onun sənət həyatında dönüş nöqtəsinə çevrilib.
İngiltərədə yaşadığı müddətdə ingilis dilində səhnə texnikasını mükəmməl mənimsəyib və Qərb teatr məktəbinin prinsiplərinə yaxından bələd olub.
Londonda "My Fair Lady" - "Mənim gözəl xanımım", "Phantom of the Opera" - "Opera ruhu" kimi tamaşalarda, eləcə də "East Enders" - "Şərq sakinləri" adlı televiziya layihəsində rol alaraq beynəlxalq səviyyədə təcrübə toplayıb. /Baku TV