Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 09:18
Braziliyanın "San-Paulu" klubunun 34 yaşlı futbolçusu Oskar tibbi test zamanı huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliyada karyerasını davam etdirən Oskar klubun tibbi mərkəzində keçirilən stres testi zamanı özünü pis hiss edib. Onun ürək ritmində qəfil dəyişiklik müşahidə olunduqdan sonra tibbi heyət tərəfindən dərhal müdaxilə edilib və futbolçu xəstəxanaya aparılıb.
"San-Paulu" klubundan verilən açıqlamada futbolçunun ürək ritmində nizamsızlıq aşkarlanması səbəbindən onun həkim nəzarəti altında saxlanıldığı bildirilib.
Qeyd edək ki, Oskar 2012-2017-ci illərdə İngiltərənin "Çelsi" klubunun heyətində çıxış edib, daha sonra 2017-2025-ci illərdə Çin Superliqasında oynayıb.
Hüseyn