Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Levandovski karyerası ilə bağlı qərarını verdi

Levandovski karyerası ilə bağlı qərarını verdi

Tarix: 12 Noyabr 2025 10:34

"Barselona"nın hücumçusu Robert Levandovski 2026-cı ilin yayında futbolçu karyerasını başa vura bilər.

Sonxeber.net xəbər verir ki, 37 yaşlı polşalı forvard Kataloniya klubunda qalmaq arzusundadır. Lakin əgər "Barselona" onunla 2026-cı ildə başa çatacaq müqaviləni yeniləməsə və digər komandaların təklifləri futbolçunu razı salmasa, Levandovski karyerasını bitirməyi planlaşdırır.

Levandovski 2022-ci ilin yayından "Barselona"nın heyətində çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 12 oyuna çıxaraq 7 qol vurub.

Qeyd edək ki, təcrübəli hücumçu bundan əvvəl "Bavariya", Dortmund "Borussiya"sı və Polşanın "Lex" klublarında da forma geyinib.

Hüseyn


Etiketlər:  Levandovski karyerası ilə bağlı qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ