Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel Bəhramqızına yeni vəzifə verildi

Günel Bəhramqızına yeni vəzifə verildi

Tarix: 12 Noyabr 2025 12:12

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

Sonxeber.net xəbər verir ki, Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi vəzifəsinə təyin olunub

"Peşəkarlıq və məsuliyyət bundan sonra da əsas iş prinsipim olaraq qalacaq. Media və ictimaiyyətlə açıq, çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmaq üçün çalışacağam.Dəstəyiniz və xoş arzularınız üçün hər birinizə təşəkkür edirəm" - deyə Günel Bəhramqızı etiraf edib.

Xatırladaq ki, Günel Bəhramqızı öncədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısıdır.

Aysel Əkbər


Etiketlər:  Günel Bəhramqızına yeni vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ