Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 12:51
Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyub, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri edib.
Sonxeber.net xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı, həmçinin əmin olduğunu bildirib ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaq.